Bakıda şagirdlər dərsdə pomidor-yumurta bişirdi

Yeni tədris ili başlayandan orta məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Bu gün isə dərs zamanı şagirdlərin sinif otağında pomidor-yumurta bişirməsi dəqqət çəkib.

Day.Az xəbər verir ki,hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verib.

Məlumata görə, məktəbin 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan "səmərəli" istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu anların videosunu çəkərək paylaşıblar.