Samir Piriyev qızı haqqında maraqlı açıqlama verib – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Gündəlik" verlişinin bugünkü qonaqları sırasında gənc və istedadlı müğənni Samir Piriyev və onun şirin balası Fərəh də yer alıb. Mövzusu bağçalara və uşaqların tərbiyəsinə həsr edilən verilişin bu sayında Samir Piriyev qızının tərbiyəsindən danışıb: "Fərəh bağçaya da gedir. Anası onun tərbiyəsi ilə çox ciddi məşğul olur. Mən özüm də mütəmadi olaraq qızımın tərbiyəsi ilə yaxından maraqlanıb məşğul oluram".
 

Aparıcı Mətanət Əliverdiyevanın: "Bəs işdən vaxt ayıra bilirsən qızının tərbiyəsi ilə bir ata kimi maraqlanmağa, məşğul olmağa?" - sualına müğənninin cavabı belə olub: "Bəli, işimin onun tərbiyəsi ilə maraqlanmağıma heç bir qarışacağı yoxdur. Əgər sabaha bu ölkə, bu xalq üçün layiqli vətəndaş, övlad böyütmək istəyirəmsə, onun tərbiyəsinə mütləq vaxt ayırmalıyam".

Böyütmək üçün şəkillərə klikləyin.