Samir Piriyev: "Sənin deyil" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.
"Region TV"nin sifarişi ilə çəkilən "Sənin deyil" teleserialının musiqisini müğənni Samir Piriyev ifa edəcək. Bu barədə sənətçi RTV-nin (Region TV) səhər proqramı olan "Gün başladı" verilişində açıqlama verib.
Mahnının bəstəkarı Murad Engindir. Musiqi Türkiyədə aranjman olunub. Müğənni bildirib ki, yaxın zamanlarda mahnıya klip də çəkiləcək. Bu, Samir Piriyevin səsləndirdiyi ilk film musiqisidir.
"Sənin deyil" serialının çəkilişlərinin bir hissəsi Xaçmaz rayonunda, bir hissəsi isə Bakı şəhərində aparılıb. Filmin ssenari müəllifi Esmira Əyyub, ideya müəllifi Fərəc Süleymanov, quruluşçu rejissoru Sain Qəhrəmandır. Əsas rollarda tanınmış aktyorlar Günəş Mehdizadə, Rasim Cəfər, Elvin Əhmədov, Aysel Bayramova, müğənni Emil Bədəlov və digərləri çıxış edirlər. Teleserial 12 seriyadan ibarət olacaq və yaxın zamanlarda izləyici qarşısına çıxacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре