Kompüter oyunları uşaqlara təhlükə törədir

Toxunduğumuz mövzu da bu barədədir: "Dəhşəti, terroru təbliğ edən oyunlar uşaqların psixologiyasında nə kimi fəsadlar yarada bilər?"
Psixoloq Elnur Rüstəmov müxtəlif maraqlı oyunların uşaqların əqli inkişafında, özünü ifadə edə bilməsində müsbət təsirə malik olduğunu deyib: "Onların oyuncaqlarla uzun müddət vaxt keçirmələri əqli inkişafda, özünü ifadə etmələrində böyük təsirə malikdir. Bu gün uşaqların psixolji drumuna mənfi təsir edən oyunlar istehsal olunur. Kriminal tipli oyunlar, yüksək sürətlə avtomobil idarəetmə uşaq psixologiyası üçün çox təhlükəlidir. Bu tip oyunlara aludə olan azyaşlılar real həyatda da həmin oyunların baş qəhrəmanı kimi hərəkət etməyə başlayırlar".
Psixoloq uşaqların belə oyunlara meyl göstərməsinin əsas baiskarının valideynlərin olduğu qənaətindədir: "Onların övladlarına qarşı diqqətsiz və məsuliyyətsiz yanaşmalarının övladlarının bu cür oyunlara maraq göstərməsində böyük rolu var. Günlərinin bir neçə saatını övladları ilə birgə keçirsələr, onlarla birgə oynasalar, maraqlı oyunlar öyrətsələr, daha yaxşı nəticələr əldə etmək olar. Sözsüz, valideynlərin bu məsələyə belə laqeyd yanaşmasında maariflənmənin zəif olmasının da rolu var. Bəziləri kənarda "mənim balam kompüterdə adam öldürür, yüksək sürətlə avtomobil idarə edir" deyərək bununla qürurlanır, digərləri isə övladları üçün çoxlu oyun diskləri alıb onlara müəyyən məşğuliyyət taparaq özlərindən uzaqlaşdırırlar".
Psixoloq vəziyyətdən çıxış yolu kimi ilk növbədə valideynlərin maariflənməsinin önəmli olmasını söylədi: "Bıçaq uşaq əlində qorxuludur, amma bir ananın əlində mətbəxdə əvəzolunmaz silahdır. Uşaqlar bizim gələcəyimizdir. Onları vaxtında bu cür təhlükəli oyunlardan uzaqlaşdırmalıyıq".
Amerika və Avropa Psixoloji Müşavirə Assosasiyasının üzvü, psixoloq Dəyanət Rzayev isə fikrini bu gün uşaqların kompüterdən başqa hansısa bir məşğuliyyət tapmağın çətin olması ilə izah edir: "Əvvəllər onlar üçün çoxlu pulsuz stadionlar, müxtəlif pulsuz kurslar təşkil olunurdu. Bu gün isə uşaqlar üçün belə imkanlar yoxdur. Onlar da bu boşluğu müəyyən yolla, kompüter oyunları vasitəsilə doldurmağa çalışırlar. Bu oyunlarla onlar özlərinə lazım olan adrenalin əldə edirlər. Bu gün Azərbaycanda uşaqlar üçün lazım olan əyləncələr, onların istəklərinə cavab verən məkanlar çox azdır. Bu cür oyunların insan psixologiyasına çox böyük təsiri var. Həmin oyunlar gələcəkdə xoşagəlməz halların baş verməsinə səbəb olacaq. Bu cür oyunların baş qəhrəmanları qarşısındakına şiddətli formada təzyiq edir, onu öldürür. Uşaqlar kompyuterdən öyrəndikləri bu modelləri daha sonralar real həyatda da tətbiq edə bilərlər".
Psixoloq azyaşlıların bu tip oyunlara böyük maraq göstərməsinin səbəbini belə izah edir: "Ümumiyyətlə, insanlar daha çox kriminal tipli hadisələrə maraq göstərirlər. Telekanallarda da ən çox izlənilən verlişlər kriminal xəbərlərdir. Yaxşı bir hadisə baş versə, heç kəs buna fikir verməyəcək, ancaq hardasa bir qəza olsa, hamı hadisə məkanına yığışacaq. Uşaqlar da bizim kimi bu cür tendensiyalara daha çox maraq göstərirlər. Kompüter oyunlarının kriminal hadisələrin baş verməsində böyük rolu var. Azərbaycada bir il ərzində avtomobil qəzasında həlak olanların sayı 5 min nəfərdir. Qəzaların sayının artmasında yüksək sürətli kompyuter oyunlarının da rolu böyükdür. Gələcəkdə bu hadisələrin daha da artması gözlənilir".
/525.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре