Qaraciyərin xilası "əməliyyatı"

Day.Az представляет статью на азербайджанском языке.
Qaraciyər - bizim qanımızın filtridir, qanımızın təmizlənməsi üçün süzcək rolunu oynayır. Bu baxımdan qaraciyər insan orqanizmindəki digər orqanların sağlamlığına nəzarət edir.
Sağlam qaraciyər ilk növbədə təmiz qan deməkdir: həmin qan ki, onda artıq şlaklar, toksinlər, bakteriyalar, viruslar, konservantlar, rəngləyicilər, nitratlar və s. zəhərli maddələr yoxdur. Məhz təmiz qan bizim hər bir hüceyrəmizə oksigen və qidalandırıcı maddələr daşıyır. Əgər qan zəhər daşıyarsa, sağlamlıqla bağlı problemlər insanın yaxasından əl çəkməz...
Təmizləyicini
təmizləmək...
Qaraciyərdə 1 dəqiqədə 20 milyon kimyəvi reaksiya gedir. Bu mühüm orqanın yüzlərlə funksiyalar içərisində ən vacibi filtr vəzifəsidir.
Zərərli maddələrlə zibillənən qan sutka ərzində 400 dəfə qaraciyərdən keçir. Qaraciyərə düşən qan bütün zərərli maddələrdən təmizlənir və təmizlənmiş qan digər orqanlara doğru istiqamət alır.
Yaxşı, qan təmizləndi və çıxdı getdi, bəs zərərli maddələr?
Onlarsa qaraciyərdə qalır. Və vaxt keçdikcə zərərli maddələr yığalaraq daş yaradır: düzdür, qaraciyərdə daş yaranmır və bu "iş" düşür ödün boynuna - yəni, daş öd kisəsində yaranır.
Lakin bəla ciyərdən də yan keçmir. Öddəki durğunluq və öd kisəsinin iltihabı qaraciyəri də azarladır.
Qaraciyərin təmizlənməsinin mahiyyəti də ödün axış yollarını təmizləməkdir.
Yeri gəlmişkən, qaraciyər təmizlənməzdən əvvəl bağırsaqlar yaxşıca təmizlənməlidir. Yəni bağırsağı təmizləmədən, qaraciyəri "ağartmaq" effekt vermir.
Üç yol
Qaraciyər müxtəlif yollarla təmizlənir. Bəzən güclü dərman terapiyası gözlənilən müalicə effekti vermir, qaraciyərdə şlak yığılmasına, nəticə etibarı ilə xəstəliyin dərinləşməsinə səbəb olur.
Qaraciyərin təmizlənməsində insanlar hazırda üç yol və ya üsula üstünlük verirlər:
1-ci yol - ənənəvi xalq təbabəti;
2-ci yol - farmesevtik vasitələr;
3-cü yol - qaraciyərin hüceyrə (hepatosit) səviyyəsində təmizlənməsi.
Ənənəvi üsul
Ənənəvi xalq üsulu ilə qaraciyəri təmizləmək ödqovucu effektə əsaslanır. Bu yolla qaracəyi təmizləməyin ən məşhuru "Malaxov üsulu" (rusiyalı həkim Malaxovun qaraciyəri təmizləmək reseptləri) sayılır.
Üstün cəhətləri:
- hamı üçün əlçatan olması;
- həzm sistemini yaxşılaşdırması;
- kütləviliyi;
- öd kisəsindən daşı çıxarması.
Mənfi cəhətləri:
- sağlamlıq üçün yüksək risk daşıması (daşların öd axarı yollarını doldurması xəstəni cərrahiyyə stoluna apara bilər);
- qaraciyər hüceyrələrinin təmizlənməsində effekti yoxdur;
- kəskin Pankreatitin yaranmasının mümkünlüyü;
Dərman üsulu
Farmasevtik və ya dərmanlarla qaraciyərin təmizlənməsi 2 yerə ayrılır:
1. Hepatoprotektorlar. Bu qrupa Essensial, Karsil, Liv 52, Ovesol, Esliver forte, Heptral, Metionin, Fosfoqliv, Tıkveol kimi preparatlar daxildir. Bunlar təbii mənşəyə malik yüksəkkeyfiyyətli dərmanlardır. Onlar ciyər hüceyrələrinin qişasını stabilləşdirir və onları dağılmaqdan müdafiə edir.
Qeyd edək ki, qaraciyərin hüceyrə səviyyəsində təmizlənməsi üçün xüsusi preparat - Hepasept yaradılıb.
2. Ödqovucular. Bu qrupa Alloxol, Xolenzim,Viqeratin, Xoloqon, Dexolin və s. kimi məşhur dərman vasitələri daxildir.
Ödqovucu preparatlar qaraciyərin öd hazırlamasını artırır.
Xalq arasında ödqovucu effekt səhvən qaraciyərin "təmizlənməsi" kimi qəbul edilir. Lakin ödqovucu dərmanların hədəfi başqa problemləri həll etməkdir: məsələn, onikibarmaq bağırsağı həzm üçün zəruri olan ödlə təmin etmək.
Beləliklə, ödqovucu effekt qaraciyəri toksin, şlak, piy, bakteriya və viruslardan təmizləmək üçün yaramır.
Əsl təmizləmə üsulu
Qaraciyərin müasir və ya hüceyrə səviyyəsində TƏMİZLƏNİLMƏSİ bu vacib orqanın piy, toksin, şlak, bakteriya və viruslardan azad edilməsini nəzərdə tutur.
Bu üsulu ona görə böyük hərflərlə yazdıq ki, o, qaraciyərin ƏSL təmizlənilməsidir - məhz bu yolla onu tam bərpa etmək olar.
Artıq qeyd etdik ki, hazırda yalnız HEPASEPT preparatı qaraciyəri onun hüceyrələrini təmizləməklə bərpa edə bilir.
Bu dərman qaraciyəri yalnız bir sıra azarlardan xilas etmir, həm də insanın təravətli və cavan görünməsinə səbəb olur.
"Təmizliy"ə
nə vaxt başlamalı?
Qaraciyərdə nə vaxt xəstəlik simptomlarının peyda olacağını gözləmək nəinki lazım deyil, bu həm də təhlükəlidir. Beynəlxalq tibbi statistikaya görə, qaraciyərdə hepatozun (piylənmə) ilkin mərhələsi artıq 23-25 yaşlarında da özünü göstərə bilir. Yəni qaraciyəri onun xəstələnməsini gözləmədən müalicə etmək lazımdır.
Qaraciyərin təmizlənməsi - orqanizmi yüngülləşdirir, fəallığı artırır, ciyər xəstəliyini müşayiət edən digər azarlardan xilas edir, həzm və yuxu yaxşılaşır, nervoz və baş ağrıları dəf olur, bədənimiz xeyli sayda neqativ faktorlardan azad edilir.
Təmizliyə hazırlıq
Əvvəldə qeyd etdik ki, qaraciyərin işini bərpa etmək üçün öncə bağırsaqları təmizləmək lazmdır. Bundan sonra orqanizm qaraciyər təmizləməsinə hazırlaşdırılır.
Proses başlamazdan bir neçə gün əvvəl yalnız meyvə-tərəvəz yeyin. Həmçinin şirəsi təzəcə sıxılmış meyvə şirələri içmək olar, xüsusilə alma və çuğundur şirələri faydalıdır.
Təmizləmə proseduru
Təmizləməyə başlayarkən qaraciyəri yaxşıca qızdırmaq lazımdır. Bu ona görə edilir ki, təmizləmə zamanı peyda olacaq ağrı minimuma endirilsin.
Qaraciyər belə qızdırılır: təmizləmə ərəfəsi gecəsində sağ böyrünüzü istənilən üsulla 13-14 saat qızdırın - ən yaxşısı gecə sağ böyrünüzə içində isti su olan rezin qovuq (qrelka) qoyub yatın. İsti qaraciyərdə qan axışını gücləndirir, öd də daha axar olur.
Sağ böyrünüz yaxşıca qızdıqdan sonra qaraciyərin təmizlənməsinə başlamaq olar. Bu zaman 37-40 dərəcə qızdırılmış 100-200 ml bitki yağı içmək lazımdır. Yağ iki dəfəyə içilməlidir. Qaraciyəri təmizləməyə başlayarkən mədə boş olmalıdır.
Yağ öd kisəsini daraldır və böyük həcmdə öd buraxılmasına səbəb olur. Ödayıran axarlar maksimal genişlənir və böyük miqdarda öd mədəyə axıdılır. Ödlə birlikdə ödayıran axarlara öd kisəsindən xırda daşlar (əgər kisədə daş varsa), durğunlaşmış öd və bir sıra üfunətli şeylər də düşür. Öd kisəsindən nələrin yuyulub bağırsağa atılmasını bitki yağını içdikdən 2 saat sonra görmək olur.
Ödqovucu effektin yüksək olması üçün bitki yağına limon şirəsi (o da ödün ayrılmasına kömək edir) əlavə etmək olar. Bəzi adamlar yağ içə bilmir. Məsələn, bir çox xəstəliklərə məruz qalmış orqanizm və yaşlı insanlar üçün 200 ml bitki yağı içmək çox çətindir. Çünki xəstənin qaraciyəri, ürək-damar, ifrazat sistemi üçün bu miqdarda yağ böyük yükdür. Nəticədə xəstədə halın pisləşməsi və s. xoşagəlməz hallar baş verə bilər. Yaşınız 40-dan yuxarıdırsa bitki yağının miqdarını 100 ml-ə qədər azaltmaq və 100 ml biokefir, qatıqla qarışdırıb qızdırmaqla qəbul etmək məsləhətdir.
Əgər yağ içə bilmirsinizsə, onu sulfat turşulu maqnezium və ya sorbitol ilə (hər ikisi aptekdə satılır) əvəz etmək olar.
Maqnezium və ya sorbitol (1-2 xörək yaşığı) bir stəkan suda qarışdırılır və 20 dəqiqəlik fasilə ilə iki dəfəyə içilir. Yağı və ya maqneziumu içdikdən sonra uzanmaq lazımdır və "qrelka" sağ böyürdən götürülmür.
Qaraciyərin təmizlənməsi üzrə bütün prosedur başa çatdıqdan sonra bir müddət hər hansı qida qəbul etməyin, təzəcə sıxılmış alma və ya çuğundur şirəsi ilə kifayətlənin.
Bəzən öd kisəsini tam təmizləmək üçün bir-iki gün fasilə verməklə yuxarıdakı proseduru təkrar etmək olar.
Qaraciyərin yuyulması zamanı toxuma daxili maye ilə birlikdə kalium itkisi də baş verdiyindən ürəkdə narahatçılıq ola bilər. Bu zaman bal, limonla isti çay içmək, ərik qurusunun kompotunu kişmişlə içmək lazımdır.
Unutmayın: qaraciyərə münasibətdə özfəaliyyətlə məşğul olmaq rsikli işdir, odur ki, həkimlə məsləhətləşmədən orqanizmdə təmizləmə işləri ilə məşğul olmayın!
Əksər həkimlərsə qaraciyərin ənənəvi xalq üsulları ilə təmizlənməsinə qarşıdır.
Əleyhdarlar
və arqementləri
Əgər bağırsağın təmizlənməsinə qarşı kimsə çıxmırsa (son vaxtlar onun da tez-tez təmizlənməsinin zərərli olduğu bildirilir), qaraciyərin təmizlənməsinə bir-birinə əks olan fikirlər var.
İlk növbədə, qeyd etdiyimiz kimi, həkimlər buna qarşıdarlar.
Tibb mütəxəssisləri bildirirlər ki, öd kisəsi xəstə olanların qaraciyəri yağ və maqneziumla təmizləmələri qəti yolverilməzdir. Onların fikrincə, belə təmizləmə öd kisəsində iri daşları tərpədə bilər ki, bu da öd axarlarının yolunu kəsər. Onlar hətta kədərli proqnoz da verirlər: ödün parçalanması-peritonit-cərrahi əməliyyat- reanimasiya-morq...
Ümumiyyətlə, həkimlər əmindirlər ki, burada söhbət qaraciyərin təmizlənməsindən yox, ödün "fontan" vurmasından gedə bilər.
Müasir tibb qaraciyər üçün hepatoprotektorların və ya Hepasep dərmanının faydalı olduğunu bildirirlər.
Məsləhət
Ta qədim zamanlardan qaraciyər təbii vasitələrlə təmizlənir. Bunun üçün müxtəlif dərman bitkilərindən ibarət şərbətlərdən, çaylardan, dəmləmələrdən istifadə edilir.
Məsələn:
- 3 xörək qaşığı itburnu meyvəsi, 3 xörək qaşığı solmazçiçəyi çiçəyi, 4 xörək qaşığı çiyələk yarpağı, 2 xörək qaşığı çobanyastığı çiçəyi və dağ şüyüdü toxumu 0,5 l suda dəmlənir, gecədən səhərədək saxlanılır. Sutkada 3-4 dəfə olmaqla üçdə bir stəkan içilir.
- 500 q qıtıqotu, 100 q bal və 1 litr su qarışdırılaraq ağzıbağlı halda 1 sutka saxlanılır. Sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Əgər qan təzyiqiniz aşağıdırsa, o zaman 100 q yox, 400 q bal əlavə edə bilərsiniz. Bu vasitəni qaraciyərdən əziyyət çəkən hər bir şəxs edə bilər.
- Hepanat şərbəti və Teaxolin çayı həm qaraciyərin, həm də öd kisəsinin funksiyasını normallaşdırır.
Express.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре