Numizmatika elminin mükəmməl bilicisi
Day.Az представляет интервью на азербайджанском языке.
Azərbaycanın yeganə xanım numizmatı, t.ü.f.d. Qənirə Pirquliyevanın Milli.Az-a müsahibəsi.
- Tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın yeganə xanım numizmatı özünü oxuculara necə təqdim edərdi?
- Azərbaycanlı, vət
- Qənirə xanım, numizmatikanın nə olduğunu qısaca açıqlayardınız mümkünsə...
- Bu sualınızın cavabını verməzdən öncə bir qədər keçmişə səyahət edib, həyatımın peşəsi olan numizmatikanı seçmə səbəbini açıqlamaq istərdim. Ondan sonra numizmatikanın nə cür bir elm sahəsi olduğunu həm siz, həm də hörmətli oxucularımız tam olaraq anlayacaqlar. Ali məktəbə tarixin arxeologiya bölməsinə daxil olmuşdum. İlk arxeoloji ekspedisiyamızın hesabatını yazanda çoxlu subyektiv fikirlər, elmi nəticələr irəli sürməli olduq. Amma hörmətli müəllimimiz, akademik Edvard Vasilyeviç Rtveladzenin təkidi ilə bütün materialların xronologiyasını tapdığımız sikkələr əsasında dəqiqləşdirməli olduq. İlk dəfə onda başa düşdüm ki, həqiqi tarixi yazmaq üçün sikkələr ən önəmli madd-mədəniyyət nümunəsidir. O zamandan praktiki olaraq daim qazıntılarda iştirak etməklə aşkar edilən sikkələrlə birbaşa məşğul oluram.
Beləliklə, numizmatika elmi qədim zamanlarda zərb olunan, əhali tərəfindən ağır zəhmətlə qazanılan, bəzən insanlara xoşbəxtlik, bəzən bədbəxtlik, müharibələr, üsyanlar nəsib edən, bəzən tarixin məhvərini dəyişmək qüvvəsinə malik olan və əsasən, metalın cürbəcür növlərindən hazırlanan sikkələrlə-pulla
- İndi verəcəyim sual, məncə, əksər oxucuları maraqlandıracaq: Azərbaycan ərazisində tapılan və Azərbaycana məxsus ən qədim sikkə neçənci əsrə aiddir?
- Bu gün Azərbaycanın dövlətçilik tarixinin böyük bir şərəfli, çətin yolu vardır. Bu tarixi biz məhz ölkəmizin ərazisində aşkar edilən sikkə əsasında dəqiqləşdiririk. Belə bir sikkə keçən əsrin sonlarında İçəri Şəhərin ərazisində Məhəmməd məscidi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Misdən hazırlanan, dünya numizmatika elmində "xalk" adlanan bu nadir dəyər vahidi Əhəməni imperatoru II Haşayar tərəfindən zərb edilmişdir. Miladdan öncə V əsrdə zərb olunan bu sikkə günümüzə kimi nəfis görkəmini saxlamaqdadır. Onu zərb etdirən II Haşayar dünyada qəhrəmanlıqların
- Bəs "Azərbaycan" kəlməsinin əks olunduğu pul varmı və əgər varsa, hansı ərazidə tapılıb və hansı dövrə məxsusdur?
- Üzərində yer adı, zərbxana adı "Azərbaycan" olan ilk sikkələr ərəb işğalının ilk illərində gümüşdən və qızıldan dirhəm və dinar adında zərb edilmişlər. Belə pullar ölkəmizin əksər yerlərindən tapılır. İlk tapıntılar keçən əsrin əvvəlində elmdə əcnəbi alimlər tərəfindən qeydiyyata alınmışdır. Ərəblərdən sonra Azərbaycan pulları qısa müddətli də olsa, bütöv dövlət yaradan Sacilər tərəfindən IX əsrdə zərb olunmuşlar. Ərəblərin Azərbaycan pulları bizim qədim şəhərimiz Ərdəbildə, Sacilərin isə tarixi paytaxtımız olan Təbrizdə zərb edilmişlər.
- Maraqlıdır, Azərbaycan ərazisində zərb edilən pullar digər ölkələrin pullarından nə ilə fərqlənir?
- Sualınıza qısa cavab verməyin çox çətin olduğunu əvvəlcədən vurğulamaq istərdim. Ona görə ki, tarixdə hər dövrün yalnız həmin zamana aid olan özəllikləri olub. Bununla belə mənim üçün Azərbaycanın şəhərlərində zərb olunub, dünya bazarlarına qədər yol keçən sikkələrin ən vacib özəlliyi onların keyfiyyətinin yüksək olması, yerli mədənlərdən minillərlə çıxarılan metallardan, çox nəfis şəkildə hazırlanmasıdı
- Qənirə xanım, Azərbaycanda ilk dəfə olaraq İçərişəhərdə Çin məscidində numizmatika muzeyi açılmışdır. Bu muzeyin yaradılması kimin ideyası idi və maraqlıdır, siz bu muzeyin yaradılmasında iştirak etmisinizmi?
- Ölkəmizdə numizmatikaya həsr olunmuş bir muzeyin, yaxud ekspozisiyanın olmaması bütün ziyalılarımızı həmişə narahat edirdi, xüsusilə numizmatika ilə məşğul olan insanları. Konkret olaraq bu ideyanın bir müəllifi bu səbəbdən yoxdur. Amma məhz İçəri Şəhərdə yaradılması fikri çalışdığım "İçərişəhər" Dövl
- Müasir dövrdə numizmatikanın rolu və önəmi nə qədərdir?
- Bizim tariximizdə hələ də problemli dövrlər, hakimiyyətlər, kiçik dövlətlər, sülalələr, xüsusilə böyük dövlətlərin tərkibində müstəqillik əldə edən dövlət qurumları, ayrı-ayrı tanınmış şəxsiyyətlərin adından zaman-zaman zərb edilən sikkələr və s. kimi önəmli məsələlərin öyrənilməsi, dövlətçilik tariximizdə "ağ səhifələrin" yazılmasında numizmatika elmini digər elm sahələri əvəz etmir və edə bilməz. İnsanın yaratdığı digər maddi-mədəniyyət qalıqları zamanın və təbiətin təsiri altında həmişə acınaqlı şəkildə məhv olurlar. Amma sikkələr nə qədər məhv olub, itib-batsalar da, bir qismi salamat qalır və qaranlıq qalmış məsələlərə işıq salmağı bacaran insan beyninin və zəhmətinin məhsulu olaraq əhəmiyyətini saxlamaqdadırlar
- Bugünkü numizmatikadan və numizmatika ilə məşğul olan mütəxəssislərdən necə, razısınızmı?
- Razılıq son deməkdir. Ümumiyyətlə, elmdə nöqtə işarəsi olmur. Elm daim inkişafdadır. Əks halda cəhalət qələbə çala bilər. O ki qaldı numizmatika sahəsində çalışan gənc mütəxəssilərə, bu, bizim ağrılı yerimizdir. 9 milyonluq əhalimizin cəmi 4-5 nəfəri bu elmlə məşğuldur. Onların 4 nəfəri numizmatikanın tarixşünaslığı məsələri ilə məşğuldur. Sikkələrin təyin edilməsi ilə cəmi 2 nəfər məşğuldur. Halbuki dünya praktikasında son 150 ildə qəbul edilmiş bir qayda var - bütün stasionar arxeoloji ekspedisiyaların tərkibində ən azı 1 nəfər professional numizmat olmalıdır, xüsusilə orta əsrlər dövrünə aid şəhər yerlərinin qazıntıları aparılan məkanlarda bu, mütləq şərtdir. Ona görə də bu gün numizmatika elminin inkişafından, numizmatlardan danışmaq çox çətindir. Amma ümid sonda ölür deyirlər. Biz də ümid edirik və bu yolda əlimizdən gələni edirik ki, numizmatika elminə savadlı, səbirli, düşüncəli və dünyagörüşlü gənc-tarixçiləri
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре