https://news.day.az/society/519020.html
Onu namuslu olmağa kim məcbur edir?
Day.Az представляет новость на азербайджанском языке.
Biz o ölkədə yaşayırıq ki, vətəndaşdan həyat yoldaşı ilə getdiyi istirahət mərkəzinin qapısının ağzında nikah kağızı tələb olunur. Yox, əgər nikah kağızı yoxdursa, otel, restoran, istirahət mərkəzinin sahibi içəridən: "Nikah kağızı yoxdursa, üstünüzdə toy kaseti varsa, təqdim edə bilərsiniz" deyir.
Günlərin bir günü xəbər saytlarının başlığını bəzəyən açıqlama məni qəflət yuxusundan oyatdı. O zamana qədər mən elə bilirdim ki, valideynlərim məni, dedikləri kimi, mağazadan alıblar. Qəflətdən ayılmağıma səbəbkar isə Pişik Günel (müğənni Günel Ələkbərova - red.) adı ilə tanınan xanım oldu. Xanımın nə iş gördüyünü, hansı sahənin adamı olduğunu bilməsəm də, saytlarda "şou-biznes" bölümündə tez-tez görünməsindən, gelli-silikonlu əndamından belə anladım ki, bacımız çalıb-oxuyanlar qəbiləsindəndir. Mən binəva, bisavad xanımın sayəsində öyrəndim ki, uşaqların atası olur. Xanım məhz belə demişdi: "Uşağımın atası var!"
Sarsıldım. Şoulaşdırmadan mətləbə keçirəm. Xanımın məqsədi, təbii ki, oxucuları uşağın necə dünyaya gəlməsi prosesi haqda məlumatlandırmaq deyil. O demək istəyir ki, uşağının atası var, hər şey kitablı-kağızlıdır. Aşağısı, naməlum ata ilə birgə məscidə gedib, başıdaşlı bir molla tapıb. Əlli manat xərc çəkib, kəbin kağızı alıb.
Bütün bunları danışmaq, xırdalamaq, mollalıq eləmək mənim işim deyil. Ancaq bu o vaxt şəxsi məsələ olardı ki, Pişik xanım ölkəyə "yaxşı qız" olduğunu sübut etmək üçün redaksiyalara zəng etməzdi.
Pişik Güneli namuslu olmağa kim məcbur edir?
İndi adını "korifey sənətkar" qoyduğumuz müğənnilərimiz vaxtı ilə yaxşı yeyib-içən, "prokuror-raykom" fırladan qızlardan olublar. Onların çoxu dünyasını dəyişib. Qara torpaq hər şeyin üzünə ağ vərəq kimi çevrilib. Sovet mədəniyyəti sənət adamından, yaradıcıdan "dinc dayanmağı" da gözləməyib. Elə onlar da əxlaq polisi qiyafəsinə bürünmək ehtiyacı görməyiblər. İndi nə dəyişib? Pişik xanımı namuslu "takılmağa" kim məcbur edir?
Əlbəttə ki, biz. Biz müğənnini ailə məsələləri üzrə ekspert qismində efirə çıxarıb el ağbirçəyi rolunu oynamağa vadar edirik. Məhz biz onu inandırmışıq ki, qeyri-rəsmi nikahdan doğduğu uşağın atasının məlum olması bizə maraqlıdır, həyati əhəmiyyətli məsələdir.
Cəmiyyət, media Pişik xanımları, əjdaha bəyləri qeyrət-namus, nümunə etalonuna çevirib. Biz onları bu saxtakarlıq üçün zorlayırıq. Onları cəmiyyətə, gənclərə nümunə kimi sırıyan bizik. Əxlaq, namus, mentalitet, dəyərlər sistemini termometr kimi əlində silkələyib istədiyi rəqəmi görmək istəyən də bizik. Cəmiyyət olaraq namus yox, saxtakarlıq tələb edirik.
Bu saxtakarlığı özümüz daxil olmaqla hamıdan tələb edirik. Təsəvvür edin, indiyədək yüzə yaxın seks biznes işçisi (bildiyiniz fahişə) və insan alveri qurbanının həyat hekayəsini toplamışam. İçində bircə nəfəri belə deyə bilmir ki, niyə bir dəfə qaçıb canını qurtardıqdan sonra yenidən öz xoşu ilə eyni işi görməyə başlayır. Və ya fahişə xidmətindən yararlanan çoxu təsdiqləyə bilər ki, "xidmət prosesində" xanım vəzifə borcunu yerinə yetirməkdən çox, özünə haqq qazandırmaqla məşğul olur.
Onların hamısının standart hekayəsi var: "Məcbur edilmişəm. Ərim ölüb. Uşaq saxlayıram". Acındırmaq, namuslu görünmək, haqq qazandırmaq. Bəlkə də bunu heç tələb edən də yoxdur. Ancaq çoxluq, ab-hava onu məcbur edir. Ona inanmasalar da, namuslu görünmək borcundan çıxmağa çalışır. Oxucu yazarın nə yazdığından çox, alkoqolik olub-olmamağı ilə maraqlanır. Tamaşaçı aktrisanın ərindən əvvəl bakirəliyini kimə verdiyini özünə dərd edir.
İllər uzunu ekrandan tanıdığınız, ana-bacı kimi baxdığınız, evlənmək ərəfəsində potensial elçi qismində gördüyünüz, el ağbirçəyi, xanım sənətçi ilə bu yaxınlarda eyni masanı paylaşmalı oldum. El ağbirçəyiniz yanında əyləşdirdiyi yaraşıqlı gənci hamıya qardaşı oğlu kimi təqdim etdi. Məclisin ortalarında, oturanların başı nimçəsinə qarışdığı vaxt ağbirçəyiniz "Xan"ı ehmallıca açıb su stəkanına əydi. Yemək arasında isə başına çəkdi. Məclisin axırlarında qardaş oğlu ilə sarmaş-dolaş, dodaq-dodağa məclisi tərk etdi.
Keçirdiyim sorğularda, aldığım müsahibələrdə, dostlarla ünsiyyətdə dəfələrlə "Namus nədir?" sualını vermişəm. Namus kosinus teoremi deyil ki, bir-iki başbilən çağırıb isbat etdirək. Saxtakar tabularla dolu cəmiyyəti biz yaratmışıq. İndi də işin içindən çıxa bilmirik. Arada and-aman edib özümüzü inandırırıq ki, "namus" kəlməsi də ancaq bizim dilimizdə var. Fağır "namus" bizim deyil axı. Mənasını, tərifini bilmədiyimiz kəlmə oyunları ilə ömrümüz gedir, dost.
P.S. Namuslu olmaq imic deyil.
Günay Arda

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре