https://news.day.az/society/608197.html "Hyundai” SOCAR-ın yanacaqdoldurma məntəqəsinə çırpıldı

"Hyundai” SOCAR-ın yanacaqdoldurma məntəqəsinə çırpıldı

Общество, 28 августа 2015 12:55 (UTC +04:00) 6 029
"Hyundai” SOCAR-ın yanacaqdoldurma məntəqəsinə çırpıldı

Day.Az представляет новость на азербайджанском языке:

Abşeron rayonunda minik maşını yanacaqdoldurma məntəqəsində qəza törədib.

Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, "Hyundai" markalı minik maşını yanacaqdoldurma məntəqəsində benzindoldurma aparatına çırpılıb. Qəza nəticəsində məntəqənin iki əməkdaşı və sürücünün yaralandığı bildirilir.

Hadisə Sumqayıt şəhərinin girəcəyindəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil 150-160 sürətlə hərəkət edirmiş. Həmin ərazidə isə minimal sürət həddini göstərən yol nişanı qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости