Neftçala ərazisində meyidi tapılan neftçi torpağa tapşırıldı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Meyidi fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub.
Day.Az APA-ya istinadən bildirir ki, o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, C. Xudaverdiyev ailəli olub, 3 övladı qalıb. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.
C. Xudaverdiyev dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре