Hindistanda "cəhənnəm istiləri": 13 gündə 130 insan öldü
Day.Az представляет новость на азербайджанском языке
Hindistanda 13 gün ərzində 130 nəfərdən çox insan isti hava şəraiti ilə əlaqədar həyatını itirib.
Day.Az lent.az-a istinadən bildirir ki, bu statistika yalnız aprel ayına aiddir. Rəsmi məlumatlara əsasən, təkcə Hindistanın şərqində yerləşən Odişa ştatında son bir neçə gündə günəş vurmasından 24 nəfər həyatını itirib. Ştatın 19 şəhərində temperatur 40 dərəcəni keçib. Aprelin 11-də ştatın paytaxtı Bxubaneşvara şəhərində temperatur 45,8 dərəcəyə qədər qalxaraq bu ay üçün rekordu yeniləyib.
Ölkədə əksər müəssisələr fəaliyyətini dayandırıb. Bu istilərin isə hələ davam edəcəyi gözlənilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре