İrəvanda avtobus partladı: 2 ölü, 8 yaralı - YENİLƏNİB - FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
-----------------
26.04.2016
08:21
İrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır.
Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN-nin məlumatında bildirilir. Məlumata görə, insident nəticəsində xəsarət alanların hamısı Ermənistan vətəndaşıdır.
X X X
İrəvanda sərnişin avtobusunda partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib. APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.
"Partlayış qəlpəli yox, dalğalı olub", - deyə o əlavə edib.
Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.
X X X
İrəvanda avtobusda baş verən partlayış fuqaslı kimi qiymətləndirilir. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu "Feysbuk" səhifəsində Ermənistan polisi rəisinin müşaviri Narek Malyan bildirib.
"Avtobus dizel yanacağı ilə işləyib, avtobus yanmayıb, "quru partlayış" baş verib, avtobus hərəkətdə olarkən partlayıb, sürücü sağdır, partlayış fuqaslı, qəlpəsiz olub", - deyə Malyan qeyd edib.
-----------------
25.04.2016
23:02
Milli.Az news.am-a istinadən bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerli vaxtla 21.51-də baş verib. Sərnişin avtobusu Alabyan küçəsində partlayıb.
Partlayışda 2 sərnişin həlak olub, 6 nəfər yaralanıb.
Olay yerinə Ermənistan Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə dəstəsi və hərbçilərdən ibarət iki dəstə cəlb olunub.
İrəvanda avtobus partlayıb.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, avtobus İrəvanın Alabyan küçəsində partlayıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerli vaxtla 21.51-də baş verib. Sərnişin avtobusu Alabyan küçəsində partlayıb.
Partlayışda 2 sərnişin həlak olub, 8 nəfər yaralanıb.
Olay yerinə Ermənistan Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə dəstəsi və hərbçilərdən ibarət iki dəstə cəlb olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре