Adeldən türk fanatına sürpriz

Day.Az представляет новость на азербайджанском языке.
Bütün dünyada geniş pərəstişkar kütləsinə sahib olan Adel konserti zamanı türk heyranına unudulmayacaq bir ad günü yaşatdı. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hər mahnısı ilə rekordlar qıran, dünya şöhrətli müğənni Adel Amsterdamda coşqulu konsertə imza atıb. Adel, prəstişkarlarının axın etdiyi konsertdə türk pərəstişkarına sürpriz dolu anlar yaşadıb. Səhnəyə dəvət etdiyi pərəstişkarı Murad Balçığa haralı olduğunu soruşan məşhur müğənni onun türk olduğunu öyrənincə boynuna sarılıb, sürpriz sözlər söyləyib. Müğənni pərəstişkarına: "Hətta mənim ailəmin də bir qismi türkdür", - deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре