Bakıda evdən 70 min dollar və 30 min manatlıq qızıl oğurlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri, Suraxanı rayonunda mənzildən oğurluq olub.

Day.Az report-a istinadən bildirir ki, Qaraçuxur qəsəbəsi, Şərq küçəsində yaşayan 78 yaşlıCahangir Əliyevə məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 70 min ABŞ dollar, 30 min manat dəyərində qızıl-zinət əşyaları və evin çıxarış sənədi ("kupça") oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.