Habil Əliyevin ölüm xəbəri ailəsini hövsələdən çıxartdı

Day.Az представляет новость на азербайджанском языке.


Xalq artisti, canlı əfsanə Habil Əliyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər doğru deyil.

Hətta bu xəbərlər sənətkarın ailəsinə pis təsir edib.

Bu barədə Publika.az-a xalq artistinin həyat yoldaşı Şərqiyyə xanım məlumat verib:

"Xəbərlər yayılır ki, güya Habil rəhmətə gedib. Yalan xəbərdir. Vəziyyəti ağırdır, komadadır, gecə-gündüz başının üstündə oturmuşuq, həkimlər də bizimlə birgə. Bu gün səhər nazir də zəng edib narahatlığını və yayılan xəbərlərdən əsəbiləşdiyini bildirdi".