Xalq artisti I Fəxri xiyabanda dəfn olundu - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev vida mərasimində bildirib ki, H. Əliyevin simasında Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib.

Xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov, Arif Babayev və başqaları da Habil Əliyev haqqında xatirələrini danışıb, onun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd ediblər.

Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib. H.Əliyev I Fəxri xiyabanda dəfn olunub.

Böyütmək üçün şəkillərə klikləyin.