https://news.day.az/politics/554399.html
Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan istefa verib
Day.Az представляет новость на азербайджанском языке:
Müsavat Partiyası başqanının sabiq müşaviri Hüseyn Məlik partiya sıralarından istefa verib.
Bu barədə APA-ya Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O deyib ki, H.Məlik Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyadan xaric edilməsinə etiraz olaraq bu addımı atıb.
Qeyd edək ki, H.Məlik bu il avqustun 13-də Müsavat Partiyasından istefa verməsi barədə sosial şəbəkələrdə məlumat versə də, daha sonra başqanın müşaviri vəzifəsindən istefa verdiyi, lakin partiyanın sıravi üzvü kimi fəaliyyət göstərdiyini qeyd edib.
Xatırladaq ki, Q. İbadoğlu bu gün Müsavat Divanının qərarına əsasən partiyadan xaric edilib.
Milli.Az

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре