İzzət Bağırzadə: "Bunun müğənniliyə heç bir aidiyyatı yoxdur"

Day.Az представляет новость на азербайджанском языке:

Yerli şou nümayəndələri arasında müğənni İzzət Bağırzadə dinə bağlılığı ilə seçilir. Musiqini də "şeytan əməli" hesab edən mövhumatçılardan fərqli olaraq o, həm oxuyur, həm də ibadət edir.
 

Milli.Az bildirir ki, publika.az-a açıqlamasında müğənni bu məsələyə belə münasibət bildirib: "Nə şeyxülislamam, nə din xadimi, nə də ilahiyyatçıyam. Mən müğənniyəm. Dinə sevgim isə normaldır. Mən bir müsəlman kimi vacib olan əməlləri yerinə yetirirəm. Pulum olub Həccə getmişəm, namaz və oruc vacibdir deyə, onları da vaxtında icra edirəm. Bunun müğənniliyə heç bir aidiyyatı yoxdur".