Boksçu Ağəli Alışov: "Ukrayna boksçusuyla vuruşmalı oldum" - VİDEO - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Dünya çempionu Kliçko qardaşlarının tərəfindən düzənlənən "К2 Promotions" turnirində azərbaycanlı boksçu Ağəli Alışov WBO versiyasının reytinq döyüşündə ukraynalı boksçu Konstantin Novoselduku məğlub etmişdi. Boskçumuz inamla qələbələri sırlamaqda davam edir.

Ağəli Alışov Milli.Az-a verdiyi müsahibəni sizə təqdim edir:

"Bu qələbəmi gözəl xalqımıza Bayraq Günü münasibəti ilə həsr edirəm. Bacardığım qədər hər yerdə gözəl xalqımın gözəl bayrağını dalğalandırmağa çalışacam!

Bu qələbələr sizin kimi gözəl insanların dəsdəyinin nəticəsidir. Bu qələbələr hamımızın qələbəsidir. Bu gücü xalqımdan alıram, yoxsa tək bacarmaram, inanın buna. Yarış haqda nə deyə bilərəm: həmişə olduğu kimi yarışa hazırlığımı Krımda keçirdim. Hazırlığım yüksək səviyədə idi, yalnız yarışa 3 gün qalmış xəstələndim. Bu da məni çox həyəcanlandırırdı. Rəqib tanış idi: rəqibim ilk öncə Özbəkistan idmançısı olmalı idi, ancaq 2.11.2013 tarixində, yarışa bir həftə qalmış rəqibimin meneceri heç bir səbəb göstərmədən yarışa gəlməkdən imtina etdilər. Yalnız sözu bu oldu ki, "biz gələ bilmədik". Səbəb isə gizli olaraq qaldı. Bu isə mənim üçün gözlənilməz oldu, cünki çoxlarının bildiyi kimi mən tək boksçu yox, həm də promotoram, yəni menecer funksiyasını da daşıyıram. Yəni boksçu axtarışına başladıq, zamanın az olduğu üçün Ukrayna boksçusuyla vuruşmalı oldum. Rəqibimi də tanıyırdım, əvvəl kikboks ilə məşğul olmuş, Avropa və Ukrayna çempionu olmuşdu. O, boksda yeni addımlar atan Konstantin Novoselduk idi.

Növbəti rəqibimin kim və nə vaxt olacağı hələ məlum deyil. İndi yarışdan sonra kurortların birində istirahət etməyə gəlmişəm, yəqin ki, istirahətimin sonunda bir qərar qəbul edəcəyik".

Xatırladaq ki, Ağəli Alışov erməni boksçu ilə də vurmuş və inamlı qələbə qazanmışdı.


Böyütmək üçün şəkillərə klikləyin.

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


фото