Bakıda bahalı "Gallenwagen" yanaraq kül oldu

Ötən gecə Bakıda avtomobil yanıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, aeroport yolunda "Gallenwagen" markalı 10 PP 222 dövlət nişanlı minik avtomobili anidən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğını söndürməyə müvəffəq olunsa da, "Gallenwagen" yararsız hala düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.