https://news.day.az/azerinews/1164431.html Bu rayonlara da gecə reysləri açıldı

Bu rayonlara da gecə reysləri açıldı

Azərbaycanca, 10 октября 2019 11:56 1 202

18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

Day.Az xəbər verir ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək:

• Bakı - Mingəçevir - 23:30

• Mingəçevir - Bakı - 01:00

• Bakı - Şəki - 23:30

• Şəki - Bakı - 23:30

Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda "avtovagzal.az" saytı və ya mobil tətbiq üzərindən "onlayn" qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən "Neoplan" markalı avtobuslarla həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости