Oqtay Əliyev Kərimdən 200 min istəyir

Tanınmış prodüser Oqtay Əliyev müğənni Kərim Abbasovdan 200 min manat təzminat tələb edir.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sənətçi "Hər şey daxil" proqramında danışıb.

Kərim mülkü iş üzrə məhkəməyə verildiyini, ondan demədiyi sözlərin qarşılığında pul cəzası tələb olunduğunu bildirib.

Məhkəmə prosesi fevralın 15-də baş tutacaq.

Qeyd edək ki, O. Əliyev K. Abbasov tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını iddia edib. Buna səbəb Kərimlə prodüserin aparıcı qardaşı Elçin Əlibəyli arasında yaranan qalmaqal olub. Belə ki, sənətçi aparıcını "erməni" adlandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.