Azərbaycanlı aparıcı dənizin ortasında yataq görüntülərini yaydı

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial media hesabında maraqlı paylaşım edib.

Day.Az ''Ölkə.Az''-a istinadən xəbər verir ki, aparıcı yeni layihəsi üçün kamera qarşısına keçib. O, dənizin ortasında yataqda çəkdirdiyi fotoları ''İnstagram'' hesabında yayımlayıb.

''Oyanaq yuxudan. Sıxıntıları, dərdləri, xəstəlikləri bədbinlikləri yuxuda görmüş kimi unudaq. Tərtəmiz saf suyun üzərindəymiş kimi səhərə gözlərimizi açaq'', - deyə, o qeyd edib. Fotolar Bədəlovanın izləyicilərinin marağına səbəb olub.