https://news.day.az/azerinews/1274073.html Redkliff: “Roulinq qovularsa, Harri Potter roluna davam edərəm” "Harri Potter" rolu ilə məşhurlaşan aktyor Deniel Redkliff yeni layihəyə bir şərtlə qayıdacağını açıqlayıb: Filmdə əsərin yazarı Coan Roulinqin iştirakı olmamalıdır. Bu barədə "We Got This Covered" xəbər yayıb. Nəşr bildirir ki, Redkliff son zamanlara qədər bu filmin davamında iştirak etməkdən boyun qaçırıb.

Redkliff: “Roulinq qovularsa, Harri Potter roluna davam edərəm”

Azərbaycanca, 26 сентября 2020 07:28 (UTC +04:00) 7 377
Redkliff: “Roulinq qovularsa, Harri Potter roluna davam edərəm”

"Harri Potter" rolu ilə məşhurlaşan aktyor Deniel Redkliff yeni layihəyə bir şərtlə qayıdacağını açıqlayıb: Filmdə əsərin yazarı Coan Roulinqin iştirakı olmamalıdır.

Bu barədə "We Got This Covered" xəbər yayıb.

Nəşr bildirir ki, Redkliff son zamanlara qədər bu filmin davamında iştirak etməkdən boyun qaçırıb. O, həmin rolun əsiri olacağından qorxub. Kinosaqa bitdikdən sonra  aktyor bir sıra  layihələrdə iştirak edib.

İndi isə Roulinqin  "Harri Potter və lənətlənmiş uşaq" pyesinin ekranlaşmasında iştirak etməyin əleyhinə deyil. Ancaq "Warner Bros." studiyası qarşısında şərt qoyub - layihədə C.Roulinq iştirak etməməlidir. Səbəbi isə yazarın  transgenderlər haqqında söylədikləridir. Aktyor bunu yolverilməz adlandırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости