Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hazırda Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub: "Giləzi - Xızı yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bakı - Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı yolunda da yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax yolunda Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir".
A. Nəcəfli bildirilir ki, hazırda Bakı - Ələt - Hacıqabul, Hacıqabul - Ucar - Yevlax, Yevlax - Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi yollarında nəqliyyat vasitələrinin hərəkəti təmin olunub: "Muğanlı - İsmayıllı yolunda yağıntı olmasa da, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhəddində Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq) yolunda nəqliyyat vasitələrinin hərəkəti təmin olunsa da, Gəncə-Daşkəsən-Xoşbulaq yolunda gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub".
Qurum rəsmisi deyib ki, Şəmkir - Gədəbəy yolunda gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub: "Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı - Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran - Lerik avtomobil yolunda isə 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda vəziyyət tam normaldır və nəqliyyat vasitələrinin hərəkəti normaldır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре