https://news.day.az/azerinews/1344968.html
Türkiyəli məşhurun Azərbaycandakı oxşarı - FOTO
Türkiyəli məşhurun Azərbaycandakı oxşarı - FOTO

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistr pilləsində təhsil alan Leyla Rəhimli adlı gənc qızın türkiyəli jurnalist, "CNN Türk" televiziyasının əməkdaşı Fulya Öztürkə bənzədilməsi sosial şəbəkə istifadəçilərində maraq doğurub.
Day.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu bənzərliyə, hətta Öztürkün özü belə reaksiya verib. Belə ki, Fulya İnstagram hesabında Leyla ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Mən şokdayam. Azərbaycanın Fulya Öztürkü".
Qeyd edək ki, Leyla Rəhimli hazırda ARB kanalında çalışır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре