Olimpiya mükafatçılarımızın medalları yenilənəcək - Çingiz Hüseynzadə
![Olimpiya mükafatçılarımızın medalları yenilənəcək](https://img.day.az/2025/02/18/800x550/ingiz_huseynzade.jpg)
"Biz medallarla bağlı öz müraciətimizi etmişik. Hazırda bu məsələdə, necə deyərlər, top Fransa Təşkilat Komitəsindədir".
Day.Az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının "Paris-2024" Yay Olimpiya Oyunlarında qazandığı medalların yararsız hala düşməsi və mümkün dəyişdirilməsi barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Təşkilat Komitəsi medalları hazırlayan şirkətlə danışıqlar aparır: "Medalların hansı şəkildə dəyişdiriləcəyi müəyyənləşir. Yəqin ki, bizə məlumat veriləcək və medallar yenilənəcək".
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре