Türkiyə Prezidenti "IDEF 2021"də TÜMOSAN-nın hərbi maşını ilə yaxından maraqlanıb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanan PUSAT Hibrid hərbi avtomobilini incələyib.
Trend xəbər verir ki, Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli texnika barədə ölkə rəhbərinə geniş məlumat veriblər. Bildirilib ki, bu, ilk dəfədir "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikinin yerli imkanlar hesabına hazırlanmasıdır.
Belə ki, hərbi texnikanın mühərrikini 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.
Hazırda 100 ədəd zirehli texnikanın mühərrikinin montajına başlanılıb və bu texnikalara Türkiyə Silahlı Qüvvələrinə təslim ediləcək.
Qeyd edək ki, Türkiyədə "IDEF 2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре