Azərbaycanlı reper evləndi

Tanınmış azərbaycanlı reper Saybu Swag (Səbuhi Məcnunlu) evlənib.

Day.Az olay-a istinadən xəbər verir ki, 31 yaşlı sənətçinin toyu ötən gün baş tutub. Paytaxt restoranlarının birində keçirilən məclisdə reperlər Ramil Nabran, Paster, Rüzgar, OD, Clavis, Rzza və başqaları iştirak edib.

Gecədə bəzi reperlərin meyxana deməsi diqqət çəkib.