https://news.day.az/azerinews/1494421.html
Azərbaycan cüdoçusu açıq Avropa turnirinin finalına yüksəlib
Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb.
Azərbaycan cüdoçusu açıq Avropa turnirinin finalına yüksəlib

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Salih Yıldız olacaq.
Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре