Azərbaycanda yoluxma sayı kəskin azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.