Prezident İlham Əliyev: Biz Ermənistana sülh təklif etmişik, ümid edirik ki, Ermənistan bu şansı itirməyəcək

İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

"Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.