https://news.day.az/azerinews/1547639.html
Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınır - Memorandum təsdiqləndi
Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınır - Memorandum təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında"" 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiqlənib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре