https://news.day.az/azerinews/1548955.html
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib.
Day.Az xəbər verir ki, paylaşımda deyilir:
"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре