Azərbaycanlıların sevimlisi olan məşhur şəxsin keçmiş arvadı yaxın dostu ilə tutuldu

Hər zaman efirlərdə doğruları danışmağın tərəfdarı olan bir məşhur sima kimi yaddaşlarda qalan, futbol meydançalarında iz qoymuş Türkiyə millisinin və "Beşiktaş"ın əfsanəsi Sergen Yalçın dostunun keçmiş arvadı ilə obyektivlərə tuş gəlib.

Day.Az titul.az-a istinadən xəbər verir ki, İstanbulun məşhur məkanlarından birindən çıxarkən cütlük yaxalanıb.

Kameraları görən Sergen öncə gözə görünməmək üçün məkanı gec tərk etmək istəsə də, artıq iş-işdən keçib və hər şey Türkiyə mediasına məlum olub. Üzə çıxıb ki, Sergenin gizli görüşdüyü sarı saçlı bu hündür xanım keçmiş komanda yoldaşı, dostu Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakırdır. 

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, Oktay Derelioğlu 2004/2005 mövsümündə "Xəzər Lənkəran" klubunda çıxış edib. 20 oyuna 18 qol vurmağı bacarıb.