Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
20:29
Xırdalan ərazisində yerləşən Riyad ticarət mərkəzinin yaxınlığında çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hadisə yerinə Nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər həyata keçirilir.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре