Həlak olan qəhrəman pilotun evinin qarşısı

Vətəndaşlar Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin evinin önündə toplaşıblar.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Onlar mərhum pilotun evinin önünü güllərlə bəzəyib və Azərbaycan bayrağı dalğalandırıblar.

Qeyd edək ki, hadisə zamanı təyyarədə 67 sərnişin olub. Onlardan 38 nəfəri həlak olub. 29 nəfər, o cümlədən iki uşaq müxtəlif xəsarətlərlə sağ qurtulub. Hadisə şahidlərinin sözlərinə görə, pilot İqor Kşnyakinin peşəkarlığı sayəsində onlar sağ qala biliblər. Pilot İqor Kşnyakinin dostu isə onun iki aya təqaqüdə çıxacağını bildirmişdi.