Diaspor fəalları təşəkkürnamə ilə təltif olundu - FOTO
Avstriya Respublikasının mədəniyyət paytaxtı sayılan Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində, Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Avstriya Respublikasında fəaliyyət göstərən diaspora fəalları ilə görüş keçirilib.
Day.Az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Bildirilib ki, tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evinin rəhbəri Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə Azərbaycan Evi haqqında geniş məlumat verib.
Diaspor fəalları ilə görüşün məqsədi diaspora quruculuq işlərində Avstriyada səmərəliliyini artırmaq və gələcək fəaliyyət xəritəsinin çizilməsi idi.
Bundan əlavə olaraq Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatının üzvlərini və diaspor fəallarını " 2024-cü il Diaspor quruculuğunda göstərdiyi fəallığa görə " təşəkkürnamə ilə təltif olunub.
Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, Avstriya Respublikasında Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan mədəniyyətinin Avstriya Respublikasında təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə təşəkkürnaməyə layiq görülüblər.
Diaspora fəallarına təşəkkürnamələri Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbər heyyətindən Leyla Həmzəyeva və Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov təqdim edib.
Tədbir iştirakçılarına Diasporla İş Üzrə Dövlət Komitəsinin qiymətli hədiyyələri təqdim olunub.
2024-cü il Diaspor quruculuğunda göstərdiyi fəallığa görə Əliyeva Gülər,Əhmədov Paşa,Yeganə Özkan,Eyvazova Almaz təltif olunublar.
Sonda diaspor fəalları ilə xatirə şəkli çəkdirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре