Elgiz papaq atanlardan gileyləndi

Tanınmış aparıcı Elgiz Əkbər efirdə Novruz adətləri ilə bağlı maraqlı açıqlama verib. O, uşaqların papaq atma ənənəsinə hörmətlə yanaşdığını, lakin bəzi məqamlarda həddən artıq israrlı olduqlarını bildirib.

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə efirdən müraciət edib.

"Uşaqlardan xahiş edirəm, qapıya bir dəfə papaq atın. Ya da papağı dəyişin. Xəsislik etmirəm, amma şirniyyat mağazasında işləmirəm. Eyni papağı bir, iki dəfə atdın, bəsdir, üç dəfə atır. Evdə heç nə qalmadı. Bu gün bizə qonaq gəl, bir stəkan çaya 1 konfetimiz yoxdur. Hamısı getdi. Heç olmasa fərqli papaq atın. Eyni papağı atır, adamın gözünə girir", - deyə Elgiz zarafatla şikayətlənib.

O, bu ənənənin gözəlliyini vurğulasa da, uşaqların daha düşüncəli və tədbirli olmalarının vacibliyini də qeyd edib.