Azərbaycandan Ukraynaya pul köçürmələri 30%-dən çox azalıb

Ötən il Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları təşkil edib.
Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,5 milyon ABŞ dolları və ya 31,5% azalıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Ukraynanın payı 1,5% təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 11,2 milyon ABŞ dolları idi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре