https://news.day.az/azerinews/1746926.html
BVF 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in mülayim artımını proqnozlaşdırır
Yaxın iki ildə Azərbaycanın iqtisadi artımı mülayim olacaq. Day.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozunda bildirilir. Ölkənin real ÜDM-in 2025-ci ildə 3,5 faiz artacağı, 2026-cı ildə isə 2,5 faizə enəcəyi gözlənilir. Müqayisə üçün, 2024-cü ildə artım 4,1 faiz səviyyəsində qiymətləndirilib.
BVF 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in mülayim artımını proqnozlaşdırır

Yaxın iki ildə Azərbaycanın iqtisadi artımı mülayim olacaq.
Day.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozunda bildirilir.
Ölkənin real ÜDM-in 2025-ci ildə 3,5 faiz artacağı, 2026-cı ildə isə 2,5 faizə enəcəyi gözlənilir. Müqayisə üçün, 2024-cü ildə artım 4,1 faiz səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2025-ci ilin birinci rübündə Azərbaycanda ÜDM 29,8 milyard manat (17,5 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре