Bakı Kənar Dairəvi yolda qəza

Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

----------
20:07

Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda qəza olub.

Trend xəbər verir ki, sözügedən yolda iki minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub.

Qəzaya görə yolda sıxlıq yarnıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.