https://news.day.az/azerinews/1780096.html Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Pavel Kuznetsov ilə söhbət aparıb.

Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

Azərbaycanca, 12 сентября 2025 18:55 (UTC +04:00) 413
Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Pavel Kuznetsov ilə söhbət aparıb.

Day.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Helsinkidəki səfiri XİN-də söhbət zamanı Finlandiya tərəfinin nümayəndələrinə Moskvaya qarşı əsassız ittihamların, o cümlədən Baltikyanı ölkələrin infrastruktur obyektlərinə qarşı təxribat törədildiyinə dair iddialarının çoxluğuna diqqət çəkib.

 

Öz növbəsində, Finlandiya tərəfi Polşanın hava məkanının pozulması ilə bağlı etirazını ifadə edib və bunun qəsdən edildiyi fikrində olduğunu qeyd edib, Rusiyanı hücumda ittiham edib.

Məlum olduğu kimi, sentyabrın 11-də də eyni vəziyyətlə əlaqədar Fransa Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Meşkovu çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости