https://news.day.az/azerinews/1781396.html Gələn ildən bu şəxslərin maaşından vergi çıxacaq - AÇIQLAMA Növbəti ildən fiziki şəxslər gəlir vergisi ödəyəcəklər. Bəs bu dəyişiklik maaşlara necə təsir göstərəcək? Day.Az xəbər verir ki, bu barədə demokrat.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bərpası özəl sektora aiddir:

Gələn ildən bu şəxslərin maaşından vergi çıxacaq - AÇIQLAMA

Azərbaycanca, 18 сентября 2025 16:44 (UTC +04:00) 324
Gələn ildən bu şəxslərin maaşından vergi çıxacaq

Növbəti ildən fiziki şəxslər gəlir vergisi ödəyəcəklər. Bəs bu dəyişiklik maaşlara necə təsir göstərəcək?

Day.Az xəbər verir ki, bu barədə demokrat.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bərpası özəl sektora aiddir:

"7 il əvvəl dövlət sektorunda yox, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin tutulmasının 7 il müddətinə ləğv olunması ilə bağlı qərar qəbul edilmişdi. İndi o müddət başa çatacaq. Dövlət sektorunda bu vergi onsuz da ödənilirdi. Bu, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin çıxılması ilə nəticələnəcək - yəni maaşlarda cüzi azalma qeydə alınacaq. 

Bəziləri qarışdırırlar və hesab edirlər ki, DSMF-nin ayırdığı məbləğlər də azalacaq, amma yox, bunun o ödənişlərə heç bir aidiyyəti yoxdur".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости