“Şamaxı”-“Araz-Naxçıvan” qarşılaşmasıda qalib müəyyənləşməyib

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" komandaları qarşılaşıb.

Day.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.

 

Görüşün 28-ci dəqiqəsində "Şamaxı"dan Rüfət Abbasov hesabı açaraq komandaya üstünlük gətirib - 1:0. Fasiləyə qədər bu nəticə dəyişməyib. İkinci hissədə 73-cü dəqiqədə "Araz-Naxçıvan"ın üzvü Şarl Boli hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, oyunun əvvəlində "Şamaxı"dan Karim Rossi fərqlənsə də, qol ofsayd səbəbi ilə qeydə alınmayıb. Görüşün baş hakimi Rəşad Əhmədov olub.