https://news.day.az/azerinews/1787479.html Azərbaycan türk dövlətləri ilə "Birlik - 2025" hərbi təlimində iştirak edəcək Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan türk dövlətləri ilə "Birlik - 2025" hərbi təlimində iştirak edəcək

Azərbaycanca, 11 октября 2025 18:12 (UTC +04:00) 447
Azərbaycan türk dövlətləri ilə "Birlik - 2025" hərbi təlimində iştirak edəcək

Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости