Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirilib - FOTO
.png)
Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.
Day.Az bildirir ki, Azərbaycan Triatlon Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və yeniyetmə idmançı mübarizə aparıb.
Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr velosiped və 5 kilometr qaçış) çıxış ediblər.
Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş, Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.
Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara Maresçova 2-ci yeri tutub.
Qaliblərə medallar və pul mükafatı verilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре