Azərbaycan 2025-ci ilin sentyabr ayında neft hasilatını artırıb

OPEK-in son məlumatlarına görə, 2025-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla təxminən 460 000 barrel təşkil edib.

Day.Az xəbər verir ki, bu göstərici avqust ayında qeydə alınan hasilatdan bir qədər yüksəkdir ( o zaman gündəlik hasilat orta hesabla 456 000 barel təşkil etmişdi) və iyul ayının göstəricisini, yəni 459 000 bareli, bir qədər üstələyib

Lakin rüblük göstəricilər mərhələli azalma nümayiş etdirir: 2025-ci ilin birinci rübündə gündəlik orta hasilat 465 000 barel, ikinci rübdə 462 000 barel, üçüncü rübdə isə 458 000 barel olub.

Azərbaycan 2025-ci ilin yanvar-avqust ayları ərzində kondensat da daxil olmaqla 18,39 milyon ton xam neft hasil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kommersiya hasilatı da eyni nisbətdə - 4,7 faiz azalaraq 18,35 milyon ton təşkil edib.