İslamabad Bəyannaməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə edir – Sahibə Qafarova

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün yekunlarına dair İslamabad Bəyannaməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə edir.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Üçtərəfli Görüşün yekun iclasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bu sənəd eyni zamanda parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayır, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit edir.
Spiker Sahibə Qafarova həmçinin qeyd edib ki, Bəyannamə regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.
Bildirilib ki, sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması üçün atılması zəruri olan addımlara dair mövqelərimiz eynidir. Azərbaycan bu istiqamətdə dialoq, qarşılıqlı anlaşma və kollektiv səylərin vacibliyini qeyd edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре