Heydər Əliyev Mərkəzində Türkmənistan Mədəniyyəti Günlərinin açılışı keçirilir
.jpg)
Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkmənistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar türkmən xalqının zəngin mədəni irsini əks etdirən foto və rəsm sərgiləri ilə tanış olublar. Həmçinin Türkmənistanın musiqi nümunələri, milli geyimləri, dekorativ-tətbiqi sənət əsərləri və muzey eksponatları nümayiş olunub.
Bundan əlavə, Türkmənistan Mədəniyyəti Günləri çərçisində Azərbaycan Milli Kitabxanasında "Türkmənistan ədəbiyyatı guşəsi"nin də açılışı nəzərdə tutulur.
Oktyabrın 15-dək davam edəcək Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре