"Mançester Siti"dən ingiltərəli futbolçu üçün 75 milyon funt-sterlinqlik təklif

"Nottingem Forest"in futbolçusu Elliot Anderson Premyer Liqada klubunu dəyişə bilər.

Day.Az xəbər verir ki, "Mançester Siti" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir.

"Şəhərlilər" Andersonu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

"Mançester Siti" 22 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 75 milyon funt-sterlinqlik təklif göndərəcək.